Vaxt.Az

İkinci alkoqol


 

Putinin zəhərli ideologiyası epidemiya kimi yayılır

İkinci alkoqol Buyurun, bu da sadə rusların şovinist, anti-Azərbaycan düşüncələri...

Putinin idbar propaqanda maşınının apardığı təbliğatın şiddəti o dərəcəyə çatıb ki, artıq adi ruslar da “Rusiya ruslar üçündür” düşüncəsinə kökləniblər.

Onlar ruslardan başqa yerdə qalan xalqların və etnik qrupların hamısına qarşı dərin nifrət hissi bəsləyirlər.

Rusiyalı jurnalist Aleksandr Nevzorov haqlı olaraq deyir ki, şovinizm və imperializm rus cəmiyyəti üçün hər şeyi əvəz edən ikinci alkoqola çevrilib və Putinin sayəsində bu ideologiya zəhərli və yoluxucu bir epidemiya kimi yayılmaqdadır.

Sosial şəbəkələrdə rəylərini oxuduğum rusların bizə qarşı dözümsüz münasibəti, nifrəti də Nevzorovun bu fikirlərini təsdiqləyir.

Buyurun, həmin rəylərdən bəzilərini burada paylaşıram.

P.S. Ümid edək ki, bizim rusiyapərəstlərimiz, “beşinci kolon”çularımız sıravi rusların nifrət dolu rəylərini oxuyub, bəlkə ayılarlar.

 





29.06.2025    çap et  çap et