Vaxt.Az

... Putinin mövqeləri zəifləyir


 

Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...

... Putinin mövqeləri zəifləyir Rusiyanın Azərbaycana qarşı siyasi diversiyasının səbəbləri barədə bəzi məqamları qeyd edək.

1. 12 günlük İsrail-İran hərbi eskalasiyası dövründə "Azərbaycan Təbrizi müdafiə etmir" kimi tirajlanan tezis əslində Rusiya siyasi mətbəxində hazırlanmış informasiya və təbliğat strategiyası idi. Bu tezisin məqsədi həm Azərbaycan, həm də Rusiya ictimai rəyində Azərbaycan əleyhinə münasibəti qızışdırmaq, Bakının planı ilə formalaşacaq istənilən əməkdaşlıq perspektivini zədələmək idi.

2. Rusiya ilə Azərbaycan arasında gələcək mövqelər uğrunda geosiyasi mübarizə intensivləşib. Bu, məsələ Ermənistanı nüfuz dairəsinə salmaq istəyən Azərbaycanın sürətli bir proses başlaması ilə müşayiət olunur.

3 əsas amil:

– Ermənistanda kilsə təliminə qarşı başlayan cəza üsulları Azərbaycan maraqları ilə uyğun formada inkişaf edir,

– OMON-un azərbaycanlılara qarşı əməliyyatları Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısının alınmasından sonraya təsadüf etdi,

– Azərbaycan Zəngəzur dəhlizinə hüquqi təminatı daxili qayda kimi gücləndirmək üçün Naxçıvan Muxtar Respublikası üçün üçüncü tərəfin qarantiyasını nəzərdə tutan Moskva və Qars müqavilələrinə istinadı səhnədən yığışdırır.

Ona görə də, Rusiya Prezidenti Vladimir Putin və onun administrasiyası müxtəlif vasitələrlə, o cümlədən informasiya müharibəsi, diplomatik təzyiqlər və Ermənistan vasitəsilə dolaylı təsir alətləri ilə Azərbaycana qarşı düşmənçilik ritorikasını artırır.

3. Putinin, Ukraynada apardığı hərbi işğal kampaniyasından dolayı Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə mövqeləri zəifləyir. Putin mövqelərini qorumaq və gücləndirmək üçün sərt və qeyri-ənənəvi üsullara əl atmaqdan çəkinmir. Miqrantlara qarşı siyasətdə aqressiv mövqe sərgiləməsi, daxili auditoriyaya qarşı güc tətbiqi və region ölkələrinə qarşı manipulyativ yanaşması bu strategiyanın tərkib hissəsidir. Bu yanaşma Putinə özünün legitimliyini qorumaq vasitəsi kimi lazımdır. Bu əsnada, Azərbaycana nisbətdə “xarici düşmən” obrazını canlı saxlamaq Putin üçün faydalıdır.

Proqnoz:

Azərbaycanla Rusiya arasındakı gərginliyin aradan qalxması üçün Moskvanın ilk təşəbbüs göstərən tərəf kimi çıxış edəcəyi gözlənilir.

Buna baxmayaraq Rusiyada azərbaycanlılara qarşı əməliyyatların genişlənməsi istisna edilmir.

 





29.06.2025    çap et  çap et