“Dünyanın heç bir şəhərində buradakı qədər hara isə tələsən insan kütləsi görmədim”.
Burada ilk dəfə olaraq piştaxtaları boş olan mağazalar və mağazaların qarşısında növbəyə duran insanlar gördüyünü yazır.
“Adamlar çox kasıb və zövqsüz geyinirlər”.
“İnsanların üz gözündən kədər və bədbinlik yağır, mən bir nəfər də üzügülər adam görmədim”.
“Dünyanın heç yerində insanların bu ölkədəki qədər eyni cür olduğuna, bir-birindən fərqlənmədiyinə rast gəlməmişəm”.
“Küçələrdə bir nəfər də saqqalı kişi görmədim, amma hamısı üzütüklü idi”.
“Rus qadınlarının görkəminə baxanda adamın onlara yazığı gəlməyə bilmir. Uşaqların görkəmi yenə bir az normaldır”.
Çox iti müşahidə qabiliyyətinə malik olan yazıçının ölkədəki yoxsulluq, natəmizlik, ümidsizlik heyrətə salmışdır. Kitabın bir yerində yazır ki, sivil insan belə şəraitdə ikicə il yaşasa, yenidən vəhşiləşər.
Yazır ki, keçdikləri yerlərin təbiəti çox gözəl, amma baxımsız idi. Yol boyu gördüyü boz-bulanıq kəndlər hamısı bir-birinə bənzəyir, elə kiçik şəhərlər və stansiyalar da onlardan az fərqlənir. İnzibati binalar və kilsələrdən başqa, tikililərin hamısı ağacdandır.
Norveçli xanımın Rusiyada heç bəyənmədiyi şeylərdən biri də yerli pendir və ümumiyyətlə qida məhsulları olmuşdu. O da əsasən çirkliliyinə görə.
Bircə qara çörəklə kartofun Avropadakından yaxşı olduğunu qeyd edir.
Kitabın sonunda S. Unset Sovet reallığını bir cümlə ilə mükəmməl təsvir etmişdir: “Bu ölkə mənə Avropanın artıq faşistlər tərəfindən işğal edilmiş ölkələrini xatırladır”.
Əfsus ki, belə böyük yazıçını bu gün də tanımırıq. Çünki Ədəbiyyat üzrə Nobel mükafatçılarının bir çoxu kimi onun da heç bir əsəri dilimizə tərcümə edilməyib və ölkəmizdə çap olunmayıb.