İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, HƏMAS-ın hərbi qanadının qurucularından biri, “Döyüş və İnzibati Dəstək Birliyinin” lideri Hakham Məhəmməd İsa EL İsanın gecə saatlarında Qəzza şəhərinin Sabra bölgəsində həyata keçirilən hücumda öldürüldüyü iddia edilib.
Bildirilib ki, Əl İsa keçmişdə “HƏMAS”ın hakimiyyət qurmaq səylərinə rəhbərlik edib, onun təlim qərargahının rəhbəri olub və eyni zamanda 7 oktyabr hücumunun planlaşdırılması və icrasında mühüm fiqur olub”.