Vaxt.Az

AB mərkəzli alternativ siqnalları


 

Merz Avropada yeni ticarət sistemini elan edir

AB mərkəzli alternativ siqnalları Kansler Fridrix Merz Dünya Ticarət Təşkilatının (DTT) artıq fəaliyyət göstərmədiyini bəyan edərək, Avropa Birliyinin (AB) bu quruma alternativ inkişaf etdirməli olduğunu bildirib. Merz qeyd edib ki, DTT-nin arbitraj mexanizminin ABŞ tərəfindən bloklanması təşkilatın nüfuzunu itirməsində əsas amildir.

AB Komissiyasının sədri Ursula Von der Leyen Brüsseldə keçirilən AB sammitindən sonra verdiyi açıqlamada, DTT-ni əvəz edə biləcək yeni qaydalara əsaslanan ticarət nizamının yaradılması üçün Kanada və Asiyada CPTPP ölkələri ilə əməkdaşlıq edilə biləcəyini açıqlayıb. Von der Leyen, “Biz dünyaya qaydalara əsaslanan ticarətin hələ də mümkün olduğunu göstərmək istəyirik”, – deyib.

Fridrix Merz yeni beynəlxalq ticarət təşkilatının yaradılmasının qaçılmaz olduğunu və bu prosesin AB Komissiyasının rəhbərliyi altında həyata keçirilməli olduğunu bildirib. Onun təklif etdiyi struktur hazırkı DTT-ni tədricən əvəz edə biləcək yeni mexanizm yaratmaq məqsədi daşıyır.

Merz mövzu ilə bağlı İngiltərə baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronla da görüşdüyünü bildirib. Məsələnin hələ çox erkən mərhələdə olduğunu vurğulayan Merz buna baxmayaraq, AB daxilində bu istiqamətdə addımların atılmasının vacibliyinə diqqət çəkib.

 





29.06.2025    çap et  çap et