Vaxt.Az

“Birtərəfli zorakılıq nümunəsi”


 

Çindən tarif razılaşmaları ilə bağlı xəbərdarlıq

“Birtərəfli zorakılıq nümunəsi” Pekin administrasiyası ABŞ-ın “qarşılıqlı tariflər” əsasında danışıqlar apardığı ölkələrlə Çinin maraqlarına zərər verəcək razılaşmaların bağlanmasına qarşı olduğunu açıqlayıb.

Çin Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada, ABŞ-ın “qarşılıqlı tariflər” adlandırdığı tarif artımlarının tipik “birtərəfli zorakılıq” nümunəsi olduğu və çoxtərəfli ticarət sisteminə və beynəlxalq ticarət nizamına zərər verdiyi bildirilib.

Ölkələrin ABŞ ilə iqtisadi və ticarət mübahisələrini bərabər məsləhətləşmələr yolu ilə həll etməsindən məmnunluq duyacağı ifadə edilən açıqlamada, Çinin maraqlarına zərər verəcək razılaşmalara qarşı çıxacağı qeyd edildi. Bəyanatda deyilir ki, “Çin hər hansı tərəfin sözdə tarif endirimləri müqabilində öz maraqları bahasına razılığa gəlməsinə qarşıdır”.

Bəyanatda Çinin belə bir vəziyyəti qəbul etməyəcəyi və qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görəcəyi vurğulanıb.

Çinin hüquq və mənafelərini müdafiə edə biləcəyi vurğulanan bəyanatda ölkələri bərabərlik və ədalətin tərəfində durmağa, tarixin doğru tərəfində dayanmağa, çoxtərəfli ticarət sistemini müdafiə etməyə çağırılıb.

 





30.06.2025    çap et  çap et