“S&P 500” günü 0,8 faiz, “Nasdaq 100” isə 0,9 faiz artımla rekord qırıb. Bu yüksəliş həm də MSCI qlobal fond indeksinin yeni zirvəyə çatmasına imkan verdi. FED üzvlərinin əksəriyyəti iyul ayında endirimə həvəsli olmadıqlarını bildirsələr də, bazarda qiymətlərin bu il üç faiz endiriminin gözlənildiyinə işarə etməsi ABŞ istiqrazlarının faizlərini və dolları aşağı saldı.
ABŞ-ın 10 illik istiqrazlarının faizi günü təxminən 5 əsas bənd aşağı başa vurdu, sonra bu səhər bir qədər yüksəldi. Dünən yüzdə 0,7 azalaraq 2022-ci ilin aprelindən bu yana ən aşağı səviyyəyə çatan “Bloomberg Dollar İndeksi” bu səhər sabitdir. Mark MakKormick və Linda Çenq də daxil olmaqla, “TD Securities” strateqləri 2025-ci ilin ikinci yarısında dolların əlavə 4 faiz ucuzlaşa biləcəyini proqnozlaşdırırlar. Strateqlər avro, yen, Kanada dolları, Avstraliya dolları, eləcə də EM valyutaları arasında Braziliya realı və Cənubi Afrika randının dollara nisbətdə yaxşı performans göstərəcəyini gözləyirlər.
ABŞ FED-in nəzarət etdiyi inflyasiya göstəricisi olan əsas PCE bu gün açıqlanacaq. Məlumatların aylıq 0,1 faiz artım göstərəcəyi gözlənilir. “Karobaar Capital”ın baş investisiya direktoru Haris Xurşid, “Bazar inflyasiyanın soyuması və FED-in tezliklə dərəcələri azaltmağa başlaya biləcəyi ümidləri ilə yüksəlişli görünür və zəif PCE məlumatları bu ssenarini gücləndirə bilər”, – deyib.
Bu məlumatdan əvvəl, ABŞ indeksi fyuçersləri bu səhər bir qədər yüksək idi, Asiya-Sakit Okean səhmləri tarif razılaşması ümidləri və FED-in uçot dərəcəsinin azaldılması gözləntiləri ilə 2021-ci ilin sentyabrından bəri ən güclü olan 0.7 faizə qədər yüksəldi.