“Kathimerini” qəzetindəki xəbərə görə, sosial mediada paylaşım edən Mitsotakis hökumətinin bu məsələdə uğursuzluğunu etiraf edib və qurumu “təmizləyə bilmədiklərini” deyib. Yunanıstanın baş naziri də partiyasının tərəfdarlıq etdiyini boynuna alıb: “İşləri təmizləmək üçün əhəmiyyətli səylər edildi. Amma düzünü desək, uğursuz olduq. İndi ortaya çıxan söhbətlər qəzəb doğurur”.
“Məlum oldu ki, OPEKEPE-nin davam edən zəif tərəfləri təəssüf ki, hətta öz partiyamız daxilində də tərəfkeşliyə səbəb oldu”.
Yunanıstan hökuməti keçən ay AB-nin kənd təsərrüfatı subsidiyaları ilə bağlı fırıldaqların üzə çıxmasından sonra qurumun bağlanacağını açıqlamışdı.
Keçən həftə Avropa Prokurorluğundan (EPPO) verilən açıqlamada, iki keçmiş kənd təsərrüfatı nazirinin OPEKEPE vasitəsilə AB fondlarından sui-istifadə etdiyinə dair iddiaların sübutlarının Yunanıstan Parlamentinə təqdim edildiyi bildirilib.
Bu açıqlamadan sonra OPEKEPE faylında adı keçən Miqrasiya Naziri və keçmiş Kənd Təsərrüfatı Naziri Makis Voridis də daxil olmaqla yüksək səviyyəli şəxslər istefa vermək qərarına gəliblər. İstefa verənlərin arasında Miqrasiya Naziri Voridis, Xarici İşlər Nazirinin müavini Tasos Hatzivasileiou, Kənd İnkişaf Nazirinin müavini Dionisis Stamenitis, Rəqəmsal İdarəetmə Nazirinin müavini Kristos Bukoros və Kənd inkişafı və qida üzrə baş katib QiorQos Stratakosun adaları var.
Bu inkişaflardan sonra Mitsotakis verdiyi açıqlamada problemin həlli üçün atılacaq addımları açıqladı və hökumətinin vəziyyəti təmizləyəcəyini bildirdi.
Yunanıstanın baş naziri əlavə edib ki, Avropa vəsaitlərini haqqı olmadan alanlar bu pulları geri qaytarmalı olacaqlar. Mövcud olmayan otlaqları, çəmənliklər və sürülər var, bu işdə əli olanlar etdiklərinə görə cavab verəcəklər.