24, 28 və 29 yaşlı üç şəxs şəhərin mərkəzində dava salmaqda şübhəli bilinir. Onların daha sonra avtomobilləri ilə qaçakən 5 nəfəri vurduqları iddia edilir. Xəsarət alanlar arasında 2 və 1 yaşlı uşaqlar, iki 25 yaşlı kişi və 52 yaşlı kişi var. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda polis maşını kimin idarə etdiyini və sürücünün narkotik və ya spirtli içkinin təsiri altında olub-olmadığını araşdırır. Polis həmçinin 28 yaşlı sürücü barəsində başqa bir qanun pozuntusuna görə axtarışda olduğunu aşkar edib.