Polis San Dieqo reysini yoxlayan zaman adamın üzərində odlu silah və iki boş daraq aşkar edib. Silah 1908-ci ildə Bask bölgəsində qurulan və 1997-ci ildə müflisləşən İspaniya brendi “Astra Unceta Y Compañia S.A.”ya şirkətinin istehsalı olub. Şirkətin sahibi İspaniya vətəndaş müharibəsi zamanı faşistləri dəstəkləyib, işçiləri isə respublikanın tərəfində olub.
***
ABŞ-da yaşayan 61 yaşlı Almaniya vətəndaşı silahı bu yaxınlarda dünyasını dəyişmiş babasından miras aldığını iddia edib. İndi o, silahı həmişəlik ABŞ-a aparmaq istəyirmiş.
Silah reyestrinin yoxlanılması nəticəsində məlum olub ki, Federal Polisə görə, silah qeydiyyata alınmayıb və şəxsin babasında bu silah olmamalı idi. Almaniya polisi odlu silahın icazəsiz saxlanması və istifadəsi ilə bağlı cinayət işi qaldırıb. 61 yaşlı şəxs 500 avro depozit ödədikdən sonra ölkəni tərk etməyə icazə verilib. Silah polisdə qalıb. Məmurlar silaha aid iki darağı da müsadirə ediblər.