Kutenay Kounti polis idarəsi şübhəlinin yanında silahla ölü tapıldığını bildirib. Səlahiyyətlilər hücumçunun adını və onun hansı silah növündən istifadə etdiyi barədə təfərrüatları açıqlamayıb. Kutenay polisi hücumla bağlı bəyanatında bildirib ki, ilkin tapıntılar hücumun tək bir şəxs tərəfindən həyata keçirildiyini və ictimaiyyət üçün heç bir təhlükənin olmadığını göstərir.
Polisdən verilən məlumata görə, yanğınsöndürmə briqadaları Kanfild dağı ərazisində baş verən yanğınla əlaqədar iyun 29-da yerli vaxtla saat 13:30 radələrində hadisə yerinə müdaxilə edib. Təxminən yarım saat sonra ərazidə silah səsləri eşidilməyə başlanıb.
“Kootenai Health”in sözçüsü Kim Anderson xəstəxanaya çatdırılan iki nəfərin öldüyünü, üçüncünün isə müalicə aldığını açıqlayıb. Polis üçüncü yanğınsöndürənin həyatı uğrunda mübarizə apardığını, lakin vəziyyətinin stabil olduğunu deyib.
Ştatın qubernatoru Bred Littl də hücumdan dərhal sonra verdiyi açıqlamada birdən çox yanğınsöndürənin hücuma məruz qaldığını bildirib. Littl sosial mediada “Bu, cəsur yanğınsöndürənlərimizə birbaşa, qəddar hücumdur. Bütün Aydaholulardan xahiş edirəm ki, biz daha çox öyrənməyi gözlədiyimiz üçün onlar və ailələri üçün dua etsinlər”, – deyib.
Hücumun motivinin hələ aydın olmadığını deyən polis rəisi Bob Norris, snayperin gizlənərək güclü tüfənglə hücuma keçdiyini və cavab atəşi əmrini verdiyini bildirib.