Vaxt.Az

“Deyin ona ...”


 

“Mən İranla danışmıram, onlara heç nə təklif etmirəm”

“Deyin ona ...” ABŞ prezidenti Donald Tramp ABŞ qüvvələrinin İrandakı 3 nüvə obyektinə endirdiyi hava zərbələri və İranla mümkün danışıqlar və razılaşma ilə bağlı yeni açıqlama verib. Tramp deyib ki, İran “nüvə obyektlərini məhv etdikdən” sonra onlarla danışmayıb və onlara heç nə təklif etməyib.

“İranın nüvə proqramına vurduğu zərərin həcmini bilmək üçün hələ tezdir”, – deyən demokrat senator Kris Kunsa cavabında “Truth Social” media platformasında paylaşım edən Tramp “Saxtakar demokrat senator Kris Kunsa deyin ki, İranı nüvə silahlarının bir addımlığına çatdıran axmaq yolda milyardlarla dollar ödəyən Obamadan fərqli olaraq, mən İrana heç nə təklif etməmişəm. Onların nüvə obyektlərini tamamilə məhv etdiyimizdən bəri onlarla danışmamışam”, – deyib.

***

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin, eləcə də Almaniya, AB və İran arasında İranın nüvə fəaliyyətlərinin monitorinqi və tənzimlənməsi və bunun müqabilində sanksiyaların aradan qaldırılması məqsədi ilə Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb.

Tramp 8 may 2018-ci ildə İranla 2015-ci ildə imzalanan nüvə sazişindən çıxdıqlarını açıqladı. Trampdan sonra prezident seçilən Co Bayden vəzifəyə gəldikdən sonra İranla nüvə razılaşmasına qayıda biləcəklərinin siqnalını vermişdi.

 





30.06.2025    çap et  çap et