Tam mənasız, hətta absurd yanaşmadır, Azərbaycan hüquq-mühafizə orqanları “Rusiya Evini” haqlı səbəblərə görə bağlayanda niyə Rusiya XİN-i məsələyə müdaxilə etməyə çalışırdı?
Və ya, bu gün Azərbaycan polisi, DİN, “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir, Peskovun “məntiqi” ilə Rusiya XİN-i buna münasibət bildirməməlidir, amma edəcəklər, dəfələrlə də ediblər.
Rusiyanın ən böyük problemi tutarsızlıq, eyni məsələyə müxtəlif yanaşmasıdır. Məsələn, İsrail və ABŞ-a deyir ki, İranın suveren ərazisini havadan müdaxilə etmək olmaz, bu beynəlxalq hüququ pozmaqdır, özü isə həm havadan, həm qurudan Ukraynaya təcavüz edib, bu ölkənin suverenliyini tapdalayıb, torpaqlarını işğal edir. Və ya, Rusiyanın Ukraynada yaratdığı separatizmə haqq qazandırmaq üçün, “millətlərin öz müqəddəratını təyin etmə”, hüququna “əsaslanır”, amma, öz ərazisində öz müqəddəratını təyin etmək istəyən Çeçenistana divan tutdu, 100 min çeçen qətlə yetirildi.
Ya da, Belarusla İttifaq Dövləti qurur, bunu beynəlxalq hüquqa söykəndiyini, ölkələrin təbii haqqı olduğunu söyləyir, amma Azərbaycan Türkiyə ilə hərbi-təhlükəsizlik ittifaqı qurmasına qıcıq olur, qəbul etmək istəmir.
Siyahı uzadıla bilər, Rusiyanın tutarsızlığı elə bu ölkənin özünün gələcəyinə ciddi təhdiddir, çünki, bir gün qurduqları “hüquqi tələyə” elə özləri də düşəcəklər...