İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Cahangir bunu mətbuat konfransında mövcud vəziyyətlə bağlı sualları cavablandırarkən deyib.
İran sözçüsü İsrailin İrana qarşı 12 gün davam edən hücumları nəticəsində 935 nəfərin öldüyünü və bu şəxslərin şəxsiyyətinin Ədliyyə Tibb Təşkilatı tərəfindən müəyyən edildiyini açıqlayıb.
Cahangir qeyd edib ki, ölənlərdən 38-i uşaq, 102-si isə qadındır. İran rəsmisi yaralıların sayı barədə məlumat verməyib.
İran Səhiyyə Nazirliyinin iyunun 25-də verdiyi açıqlamada ölənlərin sayının 627, yaralıların sayının isə 4870-ə olduğunu açıqlamışdı.