Vaxt.Az

AB sanksiyaları uzadır


 

Birlik indiyə qədər Rusiyaya 17 paket tətbiq edib

AB sanksiyaları uzadır Avropa Birliyi (AB) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib. Digər tərəfdən, AB indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib.

AB Şurası Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 2026-cı il yanvarın 31-dək uzadıldığını açıqlayıb.

Bəyanatda xatırladılıb ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra AB sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirilib.

AB-nin sanksiyaları çərçivəsində Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, həmçinin qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.

Sanksiyalar həmçinin Rusiyadan AB-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.

AB müharibə səbəbindən Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib.

AB-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları hər 6 aydan bir uzadılır.

Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qeyri-qanuni olaraq ilhaq edib. Avropa Birliyi Rusiyaya qarşı ilk dəfə 2014-cü ildə iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlib.

 





30.06.2025    çap et  çap et