Dəfnə yarpağından əldə edilən yağ anseptik özəlliyə malikdir. Bu yağ mikrobları öldürür, sidik qovucudur, tərlədir, ağrıkəsicidir.
Bu yarpaqlarla hazırlanan hamam stress və gərginliyi azaldır, əzələ yorğunluğuna faydalıdır. 3 ovuc dəfnə yarpağını 1 litr qaynar suda 5 dəqiqə qaynadandan sonra bu suyu vannaya tökün. Bu müddət 30 dəqiqədən çox olmamalıdır.
Dəfnə yağı ağacın zeytuna bənzər meyvəsindən əldə edilir. Yağdan hazırlanan sabun dəri və saç xəstəliklərində faydalıdır. Dəfnə yağından saç tökülməsində istifadə edilir. Bu yağ saçları gücləndirir, kəpəyi yox edir.
Bu yağdan hazırlanan sabun saçları qidalandırır, onlara yumşaqlıq və parlaqlıq verir. Nəmləndirici təsirə malik olan sabun saç göbələyi yaranmasının da qarşısını alır.
Bu sabun dərinin gözəlliyinə də kömək edir. Bu sabun dəridəki məsamələri açır, nəmləndirir.