Vaxt.Az

Seçmə cavab


 

Həm effektlidir, həm də sivil

Seçmə cavab Bu gün “Rossiya seqodnya”nın Bakı nümayəndəliyində – “Sputnik-Azərbaycan” agentliyinin ofisində polis əməliyyat keçirib.

Bu əməliyyatın icrası maraqlı məqama təsadüf etdi.

Rusiyada soydaşlarımıza qarşı zorakılıqların qarşılığında biz də bu cür preventiv cavab tədbirlərinə başlayırıq.

Maraqlı cavab üsuludur – həm effektlidir, həm də sivil.

Beləliklə, bu üsulla bir daha dünyaya göstərilir ki, Azərbaycan Rusiya kimi barbar dövlət deyil və “ayı siyasəti” yürütmür.

Əminəm ki, bu cür seçmə (selektiv) cavab tədbirlərimiz Kreml üçün daha ağrılı olacaq.

P.S. Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.

P.P.S. Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində keçirdiyi əməliyyat zamanı saxlanılanlar var. Məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb. Beləliklə, FTX-nin iki agenti deşifrə olunub.

 





30.06.2025    çap et  çap et