Komissiyadan AzVision.az-a verilən məlumata görə, ümumtəhsil müəssisələri rəhbərlərindən xahiş olunub ki, özündən asılı olmayan səbəblərə görə indiyədək şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə ala bilməyən, yaxud şəxsiyyəti təsdiq edən sənədi şəkilsiz olan cari il məzunları haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsini (əgər daxil edilməyibsə) və təqdim edilən vahid formalı arayışın məzunlara verilməsini təmin etsinlər. Əks halda həmin şagirdlər buraxılış imtahanına buraxılmayacaqlar.
Qeyd edək ki, iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən rayonlarında buraxılış imtahanı keçiriləcək.