Vaxt.Az

Bir həftədə iki terrorçu məhv edilib


 

Süleymaninin “kölgə yoldaşı” və SEPAH generalı İsrailin hücumunda öldürülüb

Bir həftədə iki terrorçu məhv edilib İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən bildirib ki, SEPAH-ın xaricdəki qolu Qüds Qüvvələrinin komandirlərindən Həcc Yunis Əbül-Fadil Həsən Niqoui İsrailin İrana son hücumları nəticəsində öldürülüb.

Qüds Qüvvələrinin təbliğat və media bölməsinə bağlı “Sabereen News” kanalı Niqouinin 11 gün əvvəl İsrail tərəfindən həyata keçirdiyi hava hücumu nəticəsində öldürüldüyünü bildirib. Lakin hadisənin harada və hansı şəraitdə baş verməsi barədə təfərrüatlar verilməyib.

SEPAH-a yaxın “Tasnim” xəbər agentliyi, Niqouinin Qüds Qüvvələrinin Suriyadakı hərbi əməliyyatlarını idarə etməkdəki mühüm roluna diqqət çəkərək, onun qurudakı mövcudluğunu “mərkəzi və təsirli” olaraq xarakterizə edib.

“Tasnim”, Nikouinin 2020-ci ilin əvvəlində ABŞ-ın hava hücumu nəticəsində öldürülən Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymani ilə yaxın münasibətindən yazıb. Beləliklə, İran mediasında Süleymaninin “kölgə yoldaşı”nın kimliyini ortaya qoyan xəbər dərc edilib.

Agentlik bildirib ki, Süleymani Suriyadakı toqquşmalar zamanı cəbhəyə doğru irəliləyərkən, görünməmiş bir şəxs müdaxilə edib və Süleymanidən geri çəkilməsini istəyib və Süleymani həmin şəxsə “Əsgər, bu ayıbdır... Sən məni güllələrlə qorxudursan? Bilirəm ki, Yunus sənə zəng edib, məni daha da getməyə qoymamağı xahiş edib”, – deyə məşhur bir videoçarxı xatırlayır.

Agentlik, Süleymaninin çıxışında adı çəkilən “Yunus” adlı şəxsin Əbül-Fadil Həsən Niqou olduğunu və “səkkiz il Suriyada olduğunu və ölkəni, dağları, düzənlikləri, səhraları, tayfaları, məzhəbləri və bölgələri də daxil olmaqla ovucunun içi kimi tanıdığını, hətta bir çox hərbi və siyasi təfərrüatlarına və coğrafiyası ilə şəxsiyyətinə bələd olduğunu təəccüblü həssaslıqla bildirib.

Tasnim, Niqouinin Suriyada İran mətbuatının nümayəndə heyəti ilə keçirdiyi görüşə də diqqət çəkdi və bildirdi ki, “O, media mənsublarına, xüsusilə də islahatçılara xüsusi nəzakətlə yanaşıb və daha çox izahat verərək onlara açıq bir mesaj verib: Bu müharibə partizan və ya ideoloji deyil, insani və müqəddəsdir”.

“Həcc Ramazan” kimi tanınan SEPAH-ın Fələstin qolunun rəhbəri, “Muhsin Baqeri” kimi tanınan Məhəmməd Səid İzadinin öldürülməsinin təsdiqlənməsindən bir neçə gün sonra Niqouinin də öldürüldüyü açıqlanıb.

“Muhsin Baqeri” kimi tanınan briqada generalı Məhəmməd Rza Nasir Bağbanın İsrailin hava hücumları zamanı öldürüldüyü də açıqlanıb. Bağban Qüds Qüvvələrinin Kəşfiyyat Bölməsinin komandirinin müavini və İranın Ali Rəhbəri Əli Xameneyinin SEPAH-ın Kəşfiyyat Təşkilatındakı nümayəndəsi olub.

 





30.06.2025    çap et  çap et