“Reuters” xəbər agentliyinə istinadən nazirliyin verdiyi açıqlamaya görə, Rusiyanın Sakit Okean Donanması qüvvələrinə daxil olan gəmilər və raket sistemləri “Yapon dənizində düşmən gəmilərini təmsil edən hədəflərə qarşı birgə raket hücumu həyata keçirib”. Açıqlamada bütün hədəflər uğurla vurulduğu deyilir.
TASS xəbər verir ki, donanmanın aparıcı gəmisi “Varyaq” raket kreyseri gəmi əleyhinə “Vulkan” qanadlı raketini buraxıb, iki qrup raket kateri isə dörd “Moskit” qanadlı raketi ilə hədəflərə hücum edib.