Vaxt.Az

Rusiya və sağlam düşüncə?!


 

Lavrov: “Müdafiə xərclərinin artması NATO-nun dağılmasına səbəb olacaq”

Rusiya və sağlam düşüncə?! NATO Liderlər Zirvə toplantısında müdafiə xərclərinin artırılması qərarını dəyərləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu artım NATO-nun dağılmasına gətirib çıxaracaq.

Rusiyanın dövlət xəbər agentliyi TASS-ın məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuata açıqlamalar verən Rusiya xarici işlər naziri Lavrov, Polşa xarici işlər naziri Radoslav Sikorskinin “Rusiyanın hərbi güclənməsi ölkənin dağılmasına səbəb olacaq” açıqlamasına cavab verib.

Lavrov polşalı nazirə işarə edərək deyib: “O, belə ağıllı insan olduğuna görə, yəqin ki, NATO ölkələrinin xərclərinin fəlakətli şəkildə artmasının təşkilatın dağılmasına da səbəb olacağını görə bilər”.

Nazir Lavrov Rusiyanın müdafiə xərcləri ilə bağlı planlarına toxunaraq, “Bu arada, prezidentin (Vladimir Putin) Avrasiya Ali İqtisadi Şurasının iclasından bir gün sonra dediyi kimi, Rusiya hərbi xərclərini azaltmağı və Sikorski də daxil olmaqla, NATO üzvü olan ölkələr kimi xəyali təhdidlərdən daha çox sağlam düşüncəni rəhbər tutmağı planlaşdırır”.

İyunun 24-25-də Niderlandın Haaqa şəhərində keçirilən NATO-nun Dövlət və Hökumət Başçıları Sammitində qəbul edilən bəyannaməyə əsasən, NATO ölkələri 2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq barədə razılığa gəliblər.

 





30.06.2025    çap et  çap et