ABŞ prezidenti Donald Tramp “Truth Social” media hesabında mövzu ilə bağlı paylaşım edib.
Yaponiyaya böyük hörmət bəslədiyini qeyd edən Tramp, “Düyülərimizi almırlar, buna baxmayaraq ciddi düyü qıtlığı yaşayırlar. Başqa sözlə, biz onlara sadəcə məktub göndərəcəyik və uzun illər ticarət ortaqlığından xoşbəxt olduğumuzu deyəcəyik”, – dedi.
Tramp daha əvvəl 200-dən çox ölkənin hamısı ilə müqavilə bağlaya bilməyəcəklərini və yaxın 1-2 həftə ərzində bu ölkələrə məktub göndərərək ABŞ ilə iş görmək üçün ödəməli olacaqları tarif dərəcələrini bildirəcəklərini bildirmişdi.
ABŞ prezidenti Tramp, “Sadəcə hər kəsə “Təbrik edirəm, 20, 25, 40, 50 faiz tarifi ödəyirsiniz” deyə məktub göndərmək istərdim”, – deyib.