Vaxt.Az

Netanyahu ABŞ-a uçur


 

İsrail Baş naziri Trampla Qəzza və “İbrahim sazişi”ni müzakirə edəcək

Netanyahu ABŞ-a uçur İsrail mətbuatının diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Netanyahu gələn həftə ABŞ-a səfər edəcək. Qeyd olunub ki, Netanyahunun ABŞ səfəri çərçivəsində iyulun 7-də Ağ Evdə Trampla görüşü gözlənilir.

Digər tərəfdən, Vaşinqtonda İsrailin strateji işlər naziri Ron Dermerin sabah ABŞ dövlət katibi Marko Rubio və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşəcəyi bildirilib.

Həmçinin, Vitkoffun Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasına dair danışıqlar çərçivəsində bu həftə Misirin paytaxtı Qahirəyə səfərinin gözlənildiyi bildirilib.

Dermerin səfərinin Netanyahunun Vaşinqtona mümkün səfərinə hazırlıq məqsədilə planlaşdırıldığı və Qəzzada atəşkəs və “İbrahim razılaşmaları”nın genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyi bildirilib.

ABŞ tərəfinin Qəzzada atəşkəslə bağlı İsraillə müzakirələrə hazırlaşdığı iddia edilib.

 





01.07.2025    çap et  çap et