Vaxt.Az

Trampın çevrəsi hədəfdə


 

ABŞ və İran “e-poçt” müharibəsi

Trampın çevrəsi hədəfdə İranlı hakerlərin ABŞ prezidenti Trampa yaxın adamları hədəf alan kiberhücum iddiası gündəmdədir. ABŞ iranlı hakerlərin “oğurlanmış e-poçtların sızması təhlükəsinə” reaksiya verib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) İranla əlaqəsi olan haker qrupuna prezident Donald Trampın yaxın çevrələrindəki məmurların elektron poçtlarını sındırmaqla hədələməsinə reaksiya verib.

“Reuters”in İranla əlaqəsi olan hakerlər haqqında iddiası ilə bağlı DHS daxilində Kiber və İnfrastruktur Təhlükəsizlik Agentliyinin (CISA) “X” sosial media hesabında açıqlama verilib.

Bəyanatda deyilir ki, “xarici düşmən oğurlandığı güman edilən və yoxlanılmayan materialdan qanunsuz olaraq sui-istifadə etməklə hədələyir”.

***

Bunun Tramp və işçilərinə qarşı bir “qara piar kampaniyası” olduğu iddia edilən açıqlamada, “Bu bəyanat kiber hücum rəqəmsal təbliğatdan başqa bir şey deyil və hədəflər təsadüfi ola bilməz”.

Bəyanatda deyilir ki, “cinayətkarlar tapılacaq, cinayət məsuliyyətinə cəlb olunacaq ki, bir daha buna bənzər hadisələrə yol verilməsin”.

“Reuters” xəbər agentliyi iddia edib ki, İranla əlaqəsi olan hakerlər Trampın ətrafındakı məmurların, o cümlədən Ağ Ev Aparatının rəhbəri Susi Uaylesin elektron məktublarını “oğurlayıb və içərisindəkiləri dərc etməklə hədələyiblər”.

 





01.07.2025    çap et  çap et