ANS PRESS-in məlumatına görə, cinayət iştirakçılarından çeçen əsilli avtoritet Lom-Əli Qaytukaev və qətli törədənlərdən biri Rüstəm Mahmudov xüsusi rejimli koloniyada cəzasını çəkməklə ömürlük həbsə məhkum edilib.
Qeyd edək ki, jurnalisti 7 oktyabr 2006-cı il tarixində Moskvada kirayənişin olduğu evin girişində qətlə yetiriblər. İttihamçı tərəfin bildirdiyinə görə qətlin təşkilatçılığı ilə Lom-Əli Qaytukayev və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə təşkilatının keçmiş işçisi Sergey Hacıqurbanov məşğul olub. Qətli törədənlər isə Qaytukayevin qardaşı uşaqları Rüstəm Cəbrayıl və İbrahim Mahmudov qardaşlarıdır. Onlardan birincisi qətli törətməyi öz üzərinə götürüb, digərləri isə ona kömək ediblər.
Qətlin sifarişçisi isə bu günə kimi müəmmalı olaraq qalır. İstintaqın bildirdiyinə görə qətlə səbəb jurnalistin professional fəaliyyəti olub.
İş üzrə məhkəmə ötən ilin yayından davam edir. Bu müddət ərzində, iki münsiflər heyəti dəyişilib. 2009-cu ildə saxlanılan 3 şübhəlinin bəraət alması və daha sonra qərarın rədd edilməsi ilə əlaqədar 2 cinayət işi qaldırılıb.İkinci açılan cinayət işində şübhəlilərin sayı da üçdən altıya kimi artırılıb.
Şübhəlilərdən birinin paytaxt polisinin polkovnikinin işinə ayrıca baxılıb. O törətdiklərini boynuna alaraq 2012-ci ilin dekabrında 11 il azadlıqdan məhrum edilib. Polis polkovniki jurnalistin güdülməsi və qətli törədənlərin silahla təchiz edilməsi ilə məşğul olub.
Cinayəti törədən 5 digər şübhəli isə hələ də cinayəti törətdiklərini boynuna almır.