Vaxt.Az

Rejimin içində çöküş dərinləşir


 

SEPAH terror təşkilatının daxilində casusluq ittihamları və qarşılıqlı düşmənçilik

Rejimin içində çöküş dərinləşir Son həftələrdə İsrailin İrana hücumundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terror təşkilatında baş verən daxili intriqalar və yüksək rütbəli komandirlər arasında qarşılıqlı casusluq ittihamları, bu qurumun dərin bir daxili böhran yaşadığını açıq şəkildə nümayiş etdirir.

Məlumata görə, SEPAH terror təşkilatının keçmiş iqtisadi qolunun – Xatəmül-Ənbiya Tikinti Qərargahının rəhbəri olmuş və son illər siyasi iddialarla gündəmdə olan Səid Məhəmməd təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Onun korrupsiya, vəzifədən sui-istifadə və xarici əlaqələrdə şəffaf olmayan fəaliyyətlərdə ittiham olunduğu bildirilir. Digər tərəfdən, SEPAH terror təşkilatının baş komandan müavini, kontr-admiral Əli Fədavi də müvəqqəti olaraq dindirilməyə çağırılıb – bəzi mənbələr bu prosesi casusluq şübhəsi ilə əlaqələndirir.

Maraqlıdır ki, bu həbslər bir-birinin ardınca və daxili ifşalar nəticəsində baş verib. SEPAH daxilindəki müxtəlif qruplar bir-birini İsrail və Qərblə əlaqədə, gizli məlumat ötürməkdə və düşmən ölkələrə xidmət etməkdə günahlandırırlar. Bu ittihamlar artıq şəxsi rəqabət səviyyəsini aşaraq, terror təşkilatı strukturunun daxilində açıq və dərinləşən qarşıdurmaya çevrilib.

Sözsüz ki, bu sürəc SEPAH-ın daxili birliyinin dağılması, uzun illər rejimi ayaqda saxlayan bu qurumun öz içində ideoloji, iqtisadi və siyasi parçalanma yaşamasının açıq sübutudur. Bu parçalanma və qarşılıqlı etimadsızlıq, rejimin özəyi sayılan qurumun iflasa uğraması ilə nəticələnə bilər.

Hazırda rejim rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən çəkinir. Lakin ictimaiyyət və media bu hadisələri “SEPAH içində kimin casus, kimin qorxmuş general olduğu” sualı ilə izləyir.

 





01.07.2025    çap et  çap et