Vaxt.Az

Əsgər tabutundan yapışdı


 

Kim Çen In göz yaşlarını saxlaya bilmədi

Əsgər tabutundan yapışdı Şimali Koreya lideri Kim Çen In Rusiya-Ukrayna müharibəsində həyatını itirən Şimali Koreya əsgərlərinin tabutları önündə bir dəqiqəlik sükutla yad edib. Bu görüntülərin tarixi əhəmiyyəti var, çünki Pxenyan administrasiyası ilk dəfədir ki, münaqişədə əsgərlərini itirdiyini açıq şəkildə etiraf edir.

Keçən il Şimali Koreya ilə Rusiya arasında imzalanan hərbi əməkdaşlıq müqaviləsinin birinci ildönümü münasibətilə Pxenyandakı Şərqi Pxenyan Böyük Teatrında keçirilən tədbirdə diqqəti çəkən görüntü görüntülənib. Kim Çen In ölkəyə gətirilən Şimali Koreya bayraqlarına bürünmüş tabutların qarşısında bir dəqiqəlik sükutla yad edib.

Mərasimdə Kim Çen Inı qızı Kim Ju-ae və Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova müşayiət edib. Zalda olan tamaşaçılar göz yaşlarını silərkən dövlət televiziyası KRT tərəfindən yayımlanan görüntülər diqqət çəkib. Kim Çen In özünü tabutun üstünə atan da göz yaşlarını saxlaya bilməyib.

Salonda ekranda əks olunan görüntülərdə Kim və digər rəsmilərin qış geyimində olması sözügedən cəsədlərin ölkəyə aylar əvvəl gətirildiyini göstərir.

Aprel ayında Şimali Koreya və Rusiya liderləri ilk dəfə olaraq Şimali Koreya əsgərlərinin cəbhə xəttində döyüşdüyünü təsdiqlədilər. Əsgərlər “qəhrəman” elan edildi. Kim Çen In Pxenyanda həlak olan əsgərlər üçün xatirə abidəsi tikiləcəyini də açıqlayıb. Cənubi Koreya rəsmilərinin məlumatına görə, Şimali Koreya ötən ilin payızından bəri Ukraynadakı müharibəyə təxminən 15 min əsgər göndərib. Onlardan təxminən 4700-ü yaralanıb, 600-ü isə həyatını itirib. Seul yeni qoşunların iyul və ya avqust aylarında cəbhə xəttinə göndərilə biləcəyini proqnozlaşdırır.

 





01.07.2025    çap et  çap et