Bu barədə publika.az-a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, hazırda R.Bəşirov akademiyada rektor kimi deyil, müəllim kimi fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar da aparılıb. Publika.az sözügedən məsələ ilə əlaqədar Rasim Bəşirovla əlaqə saxlayıb. R.Bəşirov rektorluqdan uzaqlaşdırılmasını təsdiqləyib.
Qeyd edək ki, Rasim Bəşirov Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi oğludur.
Onu da bildirək ki, R.Bəşirov akademiyada rektorluqdan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.