Vaxt.Az

Gənclər də Makronu sevmir


 

Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!

Gənclər də Makronu sevmir Fransanın baş naziri Fransua Bayruya ictimai dəstək tarixi minimuma düşüb. Son sorğuya görə, fransızların beşdə dördü faizi Bayrudan razı deyil.

Fransada nəşr olunan “Ifop/JDD” sorğusu baş nazir Fransua Bayru üçün həyəcan təbili çalır. 2024-cü ilin dekabrında vəzifəyə başlayan Bayrou, 2025-ci ilin iyun ayından etibarən yalnız 20 faizin dəstəyini qazanıb.

Bu nisbət əvvəlki ayla müqayisədə 2 bəndlik azalma deməkdir. Sorğuda iştirak edən 10 nəfərdən 8-i Bayroudan razı qalmadığını bildirib.

***

Sorğunun digər diqqətçəkən nəticəsi prezident Emmanuel Makronun gənclər arasında dəstəyinin getdikcə azalmasıdır. Gənc seçicilər hökumətin iqtisadi və sosial siyasətindən narazılıqlarını getdikcə daha çox dilə gətirirlər.

Bu vəziyyət qarşıdan gələn yerli və ümumi seçkilər ərəfəsində hakimiyyətə ciddi xəbərdarlıq kimi yozulur.

 





01.07.2025    çap et  çap et