Vaxt.Az

“Sonra təəccüblənirik ki, bizi niyə sevmirlər”


 

Kseniya Sobçak Yekaterinburq faciəsinə münasibət bildirdi

“Sonra təəccüblənirik ki, bizi niyə sevmirlər” Rusiyalı jurnalist və ictimai xadim Kseniya Sobçak Yekaterinburqda iki azərbaycanlının ölümü ilə nəticələnən təhlükəsizlik reydini və onun doğurduğu Rusiya-Azərbaycan arasında gərginliyi “Telegram” kanalında şərh edib.

O, Azərbaycan mediasında yayılan meyitlərin vəziyyəti ilə bağlı dəhşətli görüntülərə toxunaraq qeyd edib ki, bədəndə salamat yer qalmayıb.

Rusiya İstintaq Komitəsinin bir qardaşın ölüm səbəbi kimi “ürək çatışmazlığı” göstərməsini tənqid edən Sobçak əlavə edib:

“İstənilən şəxs – şübhəli də olsa, onun günahı yalnız məhkəmədə sübuta yetirilməlidir. Bu, işgəncələri əsaslandıra bilməz”.

O, hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarının hərəkətlərinin beynəlxalq səviyyədə qalmaqala səbəb olduğunu vurğulayıb:

“Sonra da təəccüblənirik ki, niyə bizi sevmirlər, müdafiə etmirlər... Ona görə ki, kimlərsə cəzasız qalacağına çox inanıb”.

 





02.07.2025    çap et  çap et