Vaxt.Az

Almaniya və İran arasında casus gərginliyi


 

Yəhudi məkanları və yerləri haqqında məlumat toplayan şəxs həbs olunub

Almaniya və İran arasında casus gərginliyi Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, paytaxt Berlində yəhudi saytları və şəxslərlə bağlı məlumat toplamaq üçün İrana casusluq etdiyi səbəbiylə Danimarkada bir şübhəlinin saxlanılmasının ardından İran səfirinin nazirliyə çağırıldığı açıqlanıb.

Almaniya ilə İran arasında casusluq gərginliyi davam edir. Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, paytaxt Berlində yəhudi məkanları və şəxslərlə bağlı məlumat toplamaq üçün İranın xeyrinə casusluq etdiyi səbəbi ilə Danimarkada saxlanılan Əli S.-yə qarşı irəli sürülən ittihamların tam şəkildə araşdırılacağını açıqlayıb.

“Almaniyadakı yəhudi həyatına qarşı hər hansı təhdidlərə dözmürük”, – sözlərinin yer aldığı bəyanatda “Bu gün İran səfiri Məcid Nili Əhmədabadi Xarici İşlər Nazirliyinə çağırılıb” , – deyilib.

Almaniya Federal Prokurorluğu bu gün 53 yaşlı Əli S.-nin 26 iyunda Danimarkanın Orhus şəhərində casusluq ittihamı ilə saxlanıldığını açıqlayıb. Şübhəli Danimarkadan Almaniyaya ekstradisiya edildikdən sonra hakim qarşısına çıxarılacağı deyilib. İddia olunurdu ki, Əli S.-yə bu ilin əvvəlindən İran kəşfiyyatı adından Berlindəki yəhudi mərkəzləri və müəyyən yəhudi şəxslər haqqında məlumat toplamaq tapşırılıb.

 





02.07.2025    çap et  çap et