Vaxt.Az

Filippində yanğın


 

Minlərlə insan evsiz qaldı

Filippində yanğın Filippinin Metro Manila şəhərində əhalinin sıx məskunlaşdığı aztəminatlı məhəllədə taxta evdə başlayan yanğın məhəlləni məhv edib. 300-ə yaxın ailə evsiz qalıb.

İyulun 2-də səhər saatlarında aztəminatlı, əhalinin sıx məskunlaşdığı məhəllədə ikimərtəbəli evdə başlayan yanğın qısa zamanda bütün məhəlləni bürüyüb.

Alov taxta və yanar materiallardan hazırlanmış təxminən 300-400 evi külə çevirib.

Xilasetmə qruplarının məlumatına görə, ən azı min adam evsiz qalıb.

Hələlik heç bir ölüm xəbəri verilməyən yanğından sonra bölgəyə yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib.

 





02.07.2025    çap et  çap et