Vaxt.Az

İlonu yeyəcək “canavar”


 

Tramp yenə Maskı tənqid etdi, “Tesla” səhmləri düşdü

İlonu yeyəcək “canavar” ABŞ Prezidenti Donald Trampın vergi endirimlərini genişləndirən və sosial xərclərin ciddi şəkildə azaldılmasını nəzərdə tutan qanun layihəsi Respublikaçıların nəzarətində olan Senatda cüzi səslə təsdiqləndikdən sonra “Tesla” səhmləri 5,3 faiz ucuzlaşıb.

Şirkətin baş direktoru İlon Mask Trampın böyük vergi və xərclər paketini “israf” və “səhv” kimi tənqid edib.

Tramp, Ağ Evdə jurnalistlərə verdiyi son açıqlamada Mask haqqında dedi: “O, elektrikli avtomobil stimulunu itirdiyinə görə qəzəblidir ... O, bəzi şeylərə çox qəzəblidir, lakin daha çoxunu itirə bilər”.

Maska məxsus “Tesla”, hökumətin təşviqləri və vergi endirimləri sayəsində illər ərzində milyardlarla dollar qazanc əldə edib.

Tramp, bu subsidiyalara son qoyulacağı təqdirdə ölkənin böyük qənaət edəcəyini iddia edib.

Tramp “Truth Social” sosial media platformasında “Artıq raket buraxılışları, peyklər, elektrikli avtomobil istehsalı olmayacaq, ölkəmiz sərvət qazanacaq”, – deyib.

Bundan əlavə, Tramp Maskın liderliyi ilə qurulan və dövlət xərclərini azaltmağı qarşısına məqsəd qoyan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) istinad edərək, “DOGE bir canavardır ki, bəlkə geri qayıdıb İlonu özünü yeyə bilər”, – deməsi gərginliyi daha da artırıb.

***

Digər tərəfdən Trampa Maskın ABŞ vətəndaşı olaraq deportasiya edilib-edilməyəcəyi də soruşulub. Prezident Tramp bu suala “Bilmirəm. Baxacağıq”, – deyə cavab verib.

Tramp və Mask arasında şifahi duel Senatda yeni vergi qanunu qəbul edildikdən sonra yenidən alovlanıb. Sözügedən qanun elektrikli avtomobillərin alışına tətbiq edilən vergi güzəştlərini aradan qaldıraraq “Tesla” kimi şirkətlərə birbaşa təsir edəcək.

 





02.07.2025    çap et  çap et