Sosial media hesabından paylaşım edən Tramp “Təmsilçilərim Qəzza məsələsində israillilərlə uzun və məhsuldar görüş keçirdilər”, – deyib.
***
“HƏMAS”ı da razılaşmanı qəbul etməyə çağıran ABŞ prezidenti, “Müharibənin bitməsi üçün bu müddət ərzində bütün tərəflərlə çalışacağıq.
Sülhə nail olmaq üçün çox çalışmış qətərlilər və misirlilər bu son təklifi təqdim edəcəklər. Yaxın Şərqin rifahı üçün ümid edirəm ki, “HƏMAS” bu razılaşmanı qəbul edər, çünki bundan yaxşı təklif olmayacaq. Yalnız daha da pisləşəcək. Bu məsələ ilə maraqlandığınız üçün təşəkkür edirəm”.
***
Bu o demək deyil ki, atəşkəs əldə olunub. İsrail tərəfi ABŞ-la mətn üzərində razılığa gəlib. Mətndə hansı şərtlərin olduğunu bilinmir. Mətnin son şəklini almasına Qətər və Misir də öz töhfəsini verib.
Bundan sonra top “HƏMAS”ın meydanındadır. “HƏMAS” müsbət cavab verdikdə Qəzzada atəşkəs yaradılacaq. Bir neçə ay əvvəl İsrail atəşkəsi qəbul etdi, lakin HƏMAS “hə” demədi. Burada “HƏMAS”ı razı salmaq vəzifəsi Misir və Qətərə tapşırılıb.