AB-də aprel ayında yüzdə 5,9 olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti may ayında dəyişməz qalıb. Gənclər arasında işsizlik 14,7 faizdən 14,8 faizə yüksəlib.
Avrozonada isə aprel ayında yüzdə 6,2 olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti may ayında yüzdə 6,3-ə, gənclər arasında işsizlik isə 14,3 faizdən 14,4 faizə yüksəlib.
May ayında işsizliyin ən yüksək olduğu ölkələr 10,7 faizlə İspaniya, 9 faizlə Finlandiya və yüzdə 8,7 ilə İsveç olub.
May ayında AB-də işsizlərin sayı 13 milyon 52 min, Avrozonada isə 10 milyon 830 min nəfər olub.
May ayında 25 yaşa qədər işsizlərin sayı AB-də 2 milyon 864 min, Avro bölgəsində isə 2 milyon 281 min olaraq hesablanmışdı.