Vaxt.Az

Tarixin ən dəhşətli körpə qətliamı


 

Qatil tibb bacısı istintaqında 3 yeni həbs

Tarixin ən dəhşətli körpə qətliamı İngiltərənin şimalındakı “Countess of Chester” xəstəxanasının reanimasiya şöbəsində işləyən tibb bacısı Lüsi Letbi 7 yeni doğulmuş körpəni öldürməkdə və 8 körpəni öldürməyə cəhddə günahkar bilinib. Müasir dövrdə Britaniyada ən pis uşaq qatili kimi tanınan Letbi öz günahsız olduğunu iddia etsə də, müraciəti və şərti azadlı tələbi rədd edilib.

Letbinin hökmündən sonra polis əlavə ölümlərin xəstəxana rəhbərliyinin institusional səhlənkarlığı ilə bağlı şübhələri araşdırmağa başlayıb. Təhqiqat daha sonra fərdi idarəçilərin də kobud səhlənkarlığa görə məsuliyyət daşıya biləcəyini araşdırmaq üçün fəaliyyətinin genişləndirib.

İki gün əvvəl xəstəxananın üç yüksək vəzifəli məmuru həbs edilib. Məmurların adları açıqlanmasa da, onların zaminə buraxıldığı və istintaqın davam etdiyi bildirilib.

İstintaqı aparan detektiv Paul Hayes, Letbinin başqa cinayətlərinin olub-olmaması ilə bağlı araşdırmaların xəstəxanada və Letbinin əvvəllər işlədiyi başqa bölmədə davam etdiyini deyib.

Bəzi deputatlar, həkimlər və ekspertlər Letbinin məhkumluğu ilə bağlı sübutların etibarlılığını şübhə altına almaqda davam edirlər. Letbinin vəkilləri işə baxılması üçün Məhkəmə Nəzarəti Komissiyasına müraciət ediblər. Keçmiş səhiyyə naziri Ceremi Hant da keçən ay işin təcili nəzərdən keçirilməsinin lazım olduğunu deyib.

Digər tərəfdən, xəstəxana idarəçilərinin vəkili Keyt Bləkvell, davam edən ictimai araşdırmada ölümlərlə bağlı başqa izahatların ola biləcəyini və idarəçilərin Letbini “qəsdən və bilərəkdən” qoruduqları iddialarını rədd etdiklərini deyib.

 





02.07.2025    çap et  çap et