Bunu ola bilsin dünya mediası, “proqressiv bəşəriyyət”, yaxud “sivil dünya” deyilən yerlərdə çox da vurğulamadılar, amma hara lazımdır çatdırılıb və bütün gərəkli olan dairələr bundan çox gözəl xəbərdardırlar.
Biz isə əksinə, çox şükür ki, 2020-dən bəri bunu etmədik və bu dövlət adına əsla yaraşmazdı. O səbəbdən bizə qarşı nə qədər ədalətsizlik olsa da, sanksiya-filan olmayacaq, bundan əmin olun.
Kütləvi insan qırğınları baş verdiyi tarixi-coğrafi kontekstindən asılı olmayaraq istənilən halda dövlət adına ləkədir və zaman keçdikcə də silinmir. İsrail dövləti də gərək bu xüsusda diqqətli olsun. “HƏMAS”ın etdikləri bəşər əleyhinə ağlasığmaz cinayətdir, lakin dövlət ona tay ola bilməz. 2020-də canilər Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutanda, mülki əhalini öldürəndə, ölkə rəhbərliyi bəyanat verdi ki, biz bunun cavabını yalnız hərb meydanında verəcəyik, daha sivil şəhərləri bombalamaqla yox. Həqiqətən də dövlətə layiq cavab idi ki, verildi də.