Vaxt.Az

Ankaraya simvolik dəstək


 

Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?

Ankaraya simvolik dəstək “Carnegie” analitiklərinin fikrincə, Ermənistan əvvəlki yanaşmalarını yenidən nəzərdən keçirir və Türkiyənin regionda əsas oyunçu kimi artan təsirini qəbul edir. Bu da göstərir ki, İrəvanın xarici siyasətində Ankara ilə münasibətlərin normallaşdırılması prioritetə çevrilib.

Ermənistan Azərbaycanla sülh bağlamağa kömək edəcəyinə ümid edərək Türkiyə ilə yaxınlaşmağa ardıcıl addımlar atır. Türkiyə isə öz növbəsində bildirir ki, İrəvan əvvəlcə Bakı ilə sülh sazişi üzrə işi başa çatdırmalıdır. Ermənistanla Türkiyə arasındakı sərhəd bağlı qalır, səfirlərin qarşılıqlı təyinatı baş tutmayıb.

“Paşinyan Türkiyədəki dağıdıcı zəlzələdən sonra humanitar yardım göndərib, prezident Ərdoğanla görüşüb və diplomatik addımlar atıb, o cümlədən Fələstini tanıyaraq – bu jestlə İsrail ilə gərgin münasibətlər fonunda Ankaraya simvolik dəstək verib”, – deyə məqalədə qeyd olunur. Ermənistan daxilində də dəyişikliklər baş verir. Paşinyan ənənəvi olaraq Türkiyə ərazisində yerləşən Ararat dağının əvəzinə, Ermənistan sərhədləri daxilindəki “Araqats” dağını ön plana çıxarmağı təklif edib. Bu, daha geniş barışıq siyasətinin və qarşıdurma yönlü tarixi ritorikadan imtinanın bir hissəsi kimi dəyərləndirilir.

Bununla belə, “Carnegie” vurğulayır ki, normallaşma yolu asan deyil. Türkiyə əsas şərt olaraq Ermənistanın ilk növbədə Azərbaycanla sülh sazişini bağlamasını gözləyir.

 





02.07.2025    çap et  çap et