Vaxt.Az

“Qitələrarası” əməliyyat


 

5000 kilometr məsafədən yüksək dəqiqlikli prosedur

“Qitələrarası” əməliyyat Çinli cərrahlar 5 min kilometr məsafədən peyk texnologiyasından istifadə etməklə iki xəstə üzərində əməliyyatı uğurla həyata keçiriblər.

Çinli cərrah doktor Ronq Liunun rəhbərlik etdiyi qrup 5000 kilometr uzaqlıqdakı Lhasadan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstəni əməliyyat edib. Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda “Apstar-6D” peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirildi. Professor Ronq Liunun rəhbərlik etdiyi həkimlərin təxminən 124 dəqiqə davam edən əməliyyatlarla qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni müalicə etdiyi, yeni nəsil əlaqə sistemləri sayəsində əməliyyat zamanı məlumat axınının fasiləsiz təmin edildiyi və prosedurun yüksək dəqiqliklə həyata keçirilə biləcəyi bildirilib. Açıqlamada əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı da paylaşılıb.

 





02.07.2025    çap et  çap et