Tramp, ABŞ Federal Mənzil Maliyyə Agentliyinin direktoru Uilyam Pultenin Konqresə “Paueli araşdırmaq” çağırışı ilə bağlı xəbəri “Truth Sosial” media hesabında paylaşıb.
ABŞ prezidenti Tramp “Artıq gecdir. O, dərhal istefa verməlidir”, – deyib.
Pulte verdiyi yazılı açıqlamada ABŞ Konqresini siyasi qərəzliliyi və iştirak etdiyi Senatdakı dinləmələrdəki yanlış ifadələri səbəbiylə Paueli araşdırmaya çağırıb.
Pauellin 2,5 milyard dollarlıq FED binasının təmiri ilə bağlı yalan danışdığını iddia edən Pulte bunun vəzifədən sui-istifadənin bariz nümunəsi olduğunu qeyd edib.
ABŞ prezidenti Tramp dəfələrlə Paueli “faiz dərəcələrini endirməkdə gecikdiyi” üçün hədəfə alıb.