“Huatai Futures Co.”nun qeydinə görə, Çin istehsalçılarının əlvan metal tələbi yüksək qiymətlərlə məhdudlaşdırılır. Keçən həftə ilkin mis çubuq istehsalçılarının gücündən istifadə dərəcəsi 1,8 bənd azalaraq 74 faiz, kabel istehsalçılarının gücündən istifadə isə 3 bənd azalaraq 70 faiz təşkil edib.
Bakı vaxtilə ilə saat 6:58-ə olan məlumata görə, LME birjasında mis qiymətləri 0,3 faiz azalaraq bir ton üçün 9,980 dollar təşkil edib. Əvvəlki sessiyada qiymətlər 10.000 dollardan yuxarı qalxmışdı. Digər sənaye metalları qarışıq performans göstərdi – qurğuşun 0,4 faiz artaraq bir ton üçün 2,067,50 dollara çatıb ki, bu da 27 Martdan bəri ən yüksək göstəricidir. Digər tərəfdən, alüminium gözləmə tendensiya göstərib.