Vaxt.Az

Fransada hava limanlarında xaos


 

Tətil səbəbindən bəzi uçuşlar təxirə salınıb

Fransada hava limanlarında xaos Fransa Mülki Aviasiya Baş İdarəsi (DGAC) hava limanı işçilərinin tətili səbəbilə hava yollarından iyulun 3 və 4-də bəzi reysləri ləğv etmələrini istəyib.

DGAC-nin tələbinə uyğun olaraq, iyulun 3-də Paris bölgəsindəki Paris Şarl de Qoll, Orli və Beauvais hava limanlarında uçuşların 25 faizi, Lyon, Marsel, Montpellier, Ajaccio və Fiqari hava limanlarında uçuşların 30 faizi, Nitsa, Bastia və Kalvi hava limanlarında isə 50 faizi ləğv edilib.

İyulun 4-də Parisin Şarl de Qoll, Orli və Bove hava limanlarında uçuşların 40 faizi ləğv ediləcək.

Yol hərəkətinə nəzarət xidmətlərinin işçiləri iş şəraiti və kadr çatışmazlığı kimi məsələlərə diqqət çəkmək üçün tətil keçirir.

 





03.07.2025    çap et  çap et