Vaxt.Az
Hər üç nəfərdən biri gərgin
Avropa ölkəsində psixoloji problemlər artır
Almaniyada böyüklərin təxminən üçdə biri 2024-cü ildə özünü psixoloji cəhətdən pis hiss edib. Berlindəki “Robert Koch” İnstitutunun (RKİ) açıqladığı məlumatlara görə, keçən il böyüklərin 28,2 faizinin psixoloji rifahı aşağı olub. Bu nisbət RKİ-nin 2024-cü ildə “Almaniyada sağlamlıq” tədqiqat seriyasının ilk araşdırmalarından əldə edilb. Psixoloji rifah da ilk dəfə olaraq tədqiqatda xüsusi olaraq qiymətləndirilib.
Tədqiqatda 16 və daha yuxarı yaşda olan təxminən 47.000
insan iştirak edir. İştirakçılar mütəmadi olaraq sorğularla izlənilir və ən son
sağlamlıq məlumatları toplanır. RKİ dekabrda bu böyük məlumat bazasının ətraflı
elmi təhlilini “Sağlamlığın monitorinqi jurnalı”nda dərc etməyi planlaşdırır.
03.07.2025
çap et