Açıqlamada ölkədə bir həftə ərzində 14 yeni “Meymun çiçəyi” virusu aşkar edildiyi, bununla da ölkədə may ayından bu yana yoluxmaların sayının 133-ə yüksəldiyi bildirilib.
Bildirilib ki, GHS bütün lazımi müdaxilələrin həyata keçirilməsini təmin etmək üçün Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir.
Qana hökuməti mayın 19-da elan etmişdi ki, bu il ilk dəfə 4 nəfərdə “Meymun çiçəyi” aşkar edilib.
Ölkədə virusun yayılmasının qarşısını almaq üçün yüksək riskli qruplara qarşı peyvənd kampaniyasına start verilib.
***
“Meymun çiçəyi” virusu siçan və dələ kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və buna bənzər əşyalardan istifadə etmək və bədən mayeləri ilə təmasda olmaq yoluxmanın ən mühüm səbəblərindəndir.
İlk simptomlar virusa yoluxduqdan 5-21 gün sonra görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, bel və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşümə, titrəmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Antiviral dərmanlarla müalicə olunan xəstəliyin xüsusi müalicə üsulu yoxdur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.