Vaxt.Az

Kritdə meşə yanğını nəzarətdən çıxıb


 

Evlər və hotellər boşaldılıb

Kritdə meşə yanğını nəzarətdən çıxıb Yunanıstanın Krit adasında srağagün başlayan meşə yanğını nəzarətdən çıxıb və yaşayış məntəqələrinə yaxınlaşıb. Evlərdə və hotellərdə olan 1500-dən çox insan təxliyə edilib.

Lasit bölgəsində baş verən meşə yanğınının yaşayış məntəqələrinə keçməsi nəticəsində bəzi evlərin zərər gördüyü bildirilib.

Dövlət televiziyası ERT-nin xəbərinə görə, iyulun bölgəsinin meşəlik ərazidə başlayan yanğın sürətlə nəzarətdən çıxıb və yaşayış sahələrini təhdid etməyə başlayıb. Mülki Müdafiə Baş Katibliyinin göstərişi ilə bəzi yaşayış məntəqələri boşaldılıb. Təxliyə edilən ərazilər arasında evlərin və hotellərin olduğu bildirilib.

Yanğından zərər çəkən 5 nəfər tənəffüs yollarında problemlə xəstəxanaya yerləşdirilib, 2 nəfər isə yüngül xəsarətlərlə müalicə olunub. Yanğının yaşayış məntəqələrinə keçməsi nəticəsində bəzi evlərə ziyan dəyib. Kənd təsərrüfatı sahələrini də əhatə edən yanğına hava və quru müdaxiləsi davam edərkən, bölgədə əsən güclü külək səyləri çətinləşdirib.

Kritdəki mülki müdafiə rəsmisi Nektarios Papadakis “The Associated Press” (AP) xəbər agentliyinə "Bu, çox ağır bir vəziyyətdir. Yanğının idarə edilməsi çox çətindir. Hazırda ona nəzarət edə bilmirik”, – deyib. Bölgədən təxliyə edilən turistlərin vəziyyətinin yaxşı olduğunu bildirən rəsmi, turistlərin basketbol meydançasında və digər ərazilərdəki hotellərdə yerləşdirildiyini bildirib.

Səlahiyyətlilərin paylaşdığı məlumata görə, indiyədək 1500-dən çox insan evlərindən və hotellərdən təxliyə edilib. Bölgədə 150-yə yaxın yanğınsöndürən alovu nəzarət altına almağa çalışır.

***

Yunanıstanda yanğınsöndürmə idarəsi digər bölgələrdə alovların artması ilə əlaqədar hazırlıq vəziyyətinə gətirilib. Salonikidən 11 kilometr aralıda yerləşən Halkidikidə baş verən meşə yanğını şam meşələrinə də keçib. Bölgədəki bəzi yaşayış məntəqələri üçün təxliyə göstərişi verilib. Hər iki yanğına havadan dəstək verilir.

 





03.07.2025    çap et  çap et