Vaxt.Az

3 stansiyada 38 eskalator quraşdırılacaq


 

Bakı metrosunda yeniliklər

3 stansiyada 38 eskalator quraşdırılacaq Bakı Metropoliteni iki stansiyada və “Elmlər Akademiyası”nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır. Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “TUGELA” markalı 20 eskalatorun “Avtovağzal” stansiyasında, 14-nün “Memar Əcəmi-2” stansiyasında, daha 4-nün isə “Elmlər Akademiyası” stansiyasının hazırda inşa olunan ikinci çıxışında quraşdırılması planlaşdırılır.Həmçinin Bakı Metropoliteni ilk dəfə olaraq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında “Synergy” şirkətinin istehsalı olan 5 liftin quraşdırılmasını nəzərdə tutur.
Bu, fiziki imkanları məhdud olan insanların metrodan istifadəsini asanlaşdıracadır.
“Avtovağzal” stansiyasında, həmçinin uzunluğu 40 və 60 metr olan 8 travolatorun quraşdırılması planlaşdırılır ki, bu da uzun tunellərdə hərəkətin rahatlığını təmin edəcək.
 





23.06.2013    çap et  çap et