Vaxt.Az

“Silahlarımızı İsrailə təhvil verməyəcəyik”


 

Livan terror təşkilatı ilə tam bacara bilmir

“Silahlarımızı İsrailə təhvil verməyəcəyik” “Hizbullah” terror təşkilatının baş katibi Naim Qasim İsrailin Livanın daxili işlərinə qarışa bilməyəcəyini bildirərək, “Silahlarımızı İsrailə təhvil verməyəcəyik” deyib.

Terror təşkilatının lideri Livanın paytaxtı Beyrutda keçirilən Məhərrəm bayramı mərasimində çıxışı zamanı, “İsrailin birlikdə həll etdiyimiz məsələlərdə söz sahibi deyil, razılaşmalarımıza nəzarət edə bilməz”, – deyib.

Xüsusilə atəşkəs imzalandıqdan sonra İsrailin hücumlarını davam etdirdiyini müdafiə edən Qasım, “İsrail atəşkəsi 3700-dən çox dəfə pozaraq bölgədəki təcavüzkar mövqeyini davam etdirdi”, – deyib.

Qasım “Hizbullah”ın tərksilah edilməsi üçün edilən təzyiqlərə etiraz edərək, “Biz zillətə sürüklənməyi qəbul etməyəcəyik, torpağımızı təslim etməyəcəyik və silahlarımızı düşmənə təslim etməyəcəyik”, – deyib.

***

Qasım, “İsrail təkcə bizim üçün deyil, xristianlar, yəhudilər, amerikalılar və bütün dünya üçün təhlükədir”, – deyib.

“Hizbullah”ın baş katibi Qasım iyunun 29-da verdiyi açıqlamada, İsrailin Livanın cənubuna hücumlarını davam etdirdiyi bir şəraitdə “Hizbullah”ın silahlarını yerə qoymasından söhbət gedə bilməyəcəyini bildirib.

İyunun 19-da ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Beyrut administrasiyasına ABŞ-ın təklifini təqdim edərək, “ölkədə bütün silahların yalnız dövlətin nəzarəti altında toplanmasının əsas məqsədini müəyyənləşdirib”. Barak iyunun 27-də Əl-Ərəbiyyə televiziyasında regional hadisələrlə bağlı qiymətləndirmələr edərək, “Hizbullahın hərbi qanadı tamamilə aradan qaldırılmalıdır. Onun siyasi tərəfi deyil, hərbi strukturu qəbuledilməzdir. Silahsızlanma üçün vaxt cədvəli müəyyən edilməlidir, məsələn, Litani çayının şimalına çəkilməlidir”, – deyib.

 





03.07.2025    çap et  çap et