Vaxt.Az

Briqada komandiri öldürüldü


 

Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub

Briqada komandiri öldürüldü Rusiya rəsmiləri Ukrayna ilə döyüşlərin davam etdiyi Kursk vilayətində yüksək rütbəli hərbçinin öldürüldüyünü açıqlayıb.

Rusiyanın Uzaq Şərq vilayətinin qubernatoru Oleq Kozemyako Rusiyanın Kursk vilayətində Ukraynaya qarşı döyüşən briqadaya rəhbərlik edən Rusiya Hərbi Dəniz Qüvvələrinin rəis müavini, general-mayor Mixail Qudkovun həlak olduğunu bildirib.

Qeyri-rəsmi Rusiya və Ukrayna hərbi kanalları bundan əvvəl Qudkovun Ukrayna sərhədindəki Kursk bölgəsindəki Korenevoda komanda mərkəzinə Ukrayna hərbçilərinin hücumu nəticəsində 10 hərbçi ilə birlikdə həlak olduğunu bildirmişdi.

Bu, 2022-ci ildə müharibə başlayandan bəri öldürülən ən yüksək rütbəli Rusiya hərbçilərindən biridir.

Əvvəlki illərdə onunla müntəzəm görüşdüyünü deyən Kozemyako açıqlamasında Qudkovun digərləri ilə birlikdə xidməti vəzifəsini yerinə yetirərkən öldürüldüyünü bildirib.

Ukraynanın hücumunun Rusiya komandanlığını hədəf aldığı bildirilir.

Kozemyako “Telegram” vasitəsilə verdiyi açıqlamada, "Dəniz Qüvvələri komandanı müavini olduqdan sonra dənizçilərimizin mövqelərini şəxsən ziyarət etməyə başlamışdı", – dedi.

Qudkov Ukraynaya qarşı hərbi əməliyyatda göstərdiyi şücaətə görə mükafatlandırılmışdı.

O, Kiyev tərəfindən hərbi cinayətlər törətməkdə ittiham olunurdu.

Kremlin saytında verilən açıqlamaya görə, Rusiya prezidenti Vladimir Putin mart ayında onu Hərbi Dəniz Qüvvələri rəisinin müavini təyin etmişdi.

 





03.07.2025    çap et  çap et