Vaxt.Az

Afrikada cadugər ovu


 

Bir qrup gənc evə basqın edib 6 nəfəri öldürdü

Afrikada cadugər ovu Şərqi Afrika ölkəsi Burundidə “İmbonerakure” adlı qrup “cadugərlik”də günahlandırılan 10 nəfərin evinə basqın edib. İki nəfərin yanaraq, dörd nəfərin isə döyülərək öldürüldüyü bildirilir. Digərləri daşqalaq edilib və ya döyülüb.

Adının çəkilməsini istəməyən rəsmi və şahidlər hadisənin iyunun 30-da hakim partiyanın “İmbonera-kure” kimi tanınan güclü gənclər hərəkatının üzvlərinin “cadugərlik”də ittiham edilməsindən sonra baş verdiyini deyib. Qrup Birləşmiş Millətlər Təşkilatı (BMT) və insan haqları qrupları tərəfindən “yaraqlı” kimi təsnif edilir.

Burundinin maliyyə paytaxtı Bujumburadan şərqdə yerləşən Qasarara təpəsində işləyən bir məmur hadisəni təsdiqliyib. Rəsminin sözlərinə görə, ölən 6 nəfərdən ikisi yandırılaraq öldürülüb, digərləri isə başlarına çubuqlar və ya iri daşlarla atılıb. “Bu, dəhşətli, təsvirolunmaz vəhşilik idi”, – deyə rəsmi bildirib.

***

Rəsmi şəxsin sözlərinə görə, daha üç nəfər qrup tərəfindən döyülsə də, polisin müdaxiləsi nəticəsində xilas edilib. Hadisəni əks etdirdiyi iddia edilən video görüntülər sosial media platformalarında paylaşılır. AFP-yə danışan iki şahid videoların real olduğunu və hücum edənlərin “İmbonerakür” olduğunu təsdiqləyib.

İnsan haqları qrupları, o cümlədən “Human Rights Watch” (HRW), “İmbonerakür”ü, xüsusən də 2005-2020-ci illər arasında əvvəlki prezident Pirr Nkurunziza dövründə onlarla insana işgəncə verməkdə və öldürməkdə ittiham edir.

Bujumbura qubernatoru Dezir Nsengiyumva verdiyi açıqlamada hadisə ilə bağlı 12 nəfərin saxlanıldığını bildirib.

Keçən il Burundi Ali Məhkəməsi keçmiş baş naziri “prezidentin həyatını təhlükəyə atmaq, iqtisadiyyatı sabitsizləşdirmək və qeyri-qanuni varlanmaq üçün cadudan istifadə etmək” ittihamı ilə ömürlük həbs cəzasına məhkum edib.

 





03.07.2025    çap et  çap et