Vaxt.Az

“Bundestaq sirk çadırı deyil”


 

Merz Bundestaqda LGBT-nin göy qurşağı bayrağını istəmir

“Bundestaq sirk çadırı deyil” Almaniyanın federal kansler Fridrix Merz Bundestaq prezidenti Culiya Klöcknerin cinsi azlıqların bayramı olan Kristofer küçəsi günü (Christopher Street Day – CSD) ilə bağlı mövqeyini dəstəkləyib. ARD-nin “Maischberger” proqramında Klöcknerin Bundestaqda CSD münasibətilə LGBT-nin göy qurşağı bayrağını dalğalandırmamaq qərarı barədə nə düşündüyünü soruşduqda, CDU lideri, “Bundestaq sirk çadırı deyil ki, orada bayraqlar istədikləri kimi dalğalansın. İldə yalnız bir gün, homofobiyaya qarşı mübarizə günü olan mayın 17-də göy qurşağı bayrağı dalğalana bilər. Bütün digər günlərdə Bundestaqda yalnız Almaniya və Avropa Birliyinin bayrağı dalğalanır. Və bu qərar düzgün qərardır”.

Kansler hər kəsin öz qapısının qarşısında istədiyi bayrağı dalğalandıra biləcəyini, “Amma burada Almaniya parlamentindən danışırıq, Almaniya parlamentində isə biz sadəcə hər hansı bir bayraq yox, hər gün Almaniyanın dövlət bayrağı və Avropa bayrağını dalğalandırırıq”.

Klöcknerin ötən illərdə olduğu kimi 26 iyul Kristofer küçəsi günündə parlamentdə göy qurşağı bayrağını dalğalandırmaması Yaşıllar və Sol Partiyası tərəfindən tənqid edilib. Göy qurşağı bayrağı CSD-də qeyd olunan müxtəlifliyi və birliyi simvollaşdırır. Bu gün həm də homoseksualların, biseksualların və transseksualların, xüsusən də 1969-cu ildə Nyu-Yorkun Kristofer küçəsində Stounuol iğtişaşları kontekstində repressiyaya məruz qalmasını xatırlayır.

 





03.07.2025    çap et  çap et